Fiziki qüsurlu uşaqlara mənəvi dəstək!
28 dekabr 2015-ci il tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün İsmayıllı rayon Mədəniyyət sarayında bayram tədbiri keçirildi.
Rayon İcra Hakimiyyəti, Ailə və Uşaqlara Dəstək Mərkəzi, ƏSMM və DSMF rayon şöbəsinin təşkilatçılığı ilə 60 nəfərə qədər fiziki qüsurlu uşaq valideyinləri ilə birgə tədbirdə iştirak edib. 1 saylı uşaq bağçasının körpələri “Meyvələrin söhbəti” nağılını səhnələşdirməklə və rəqslərlə tədbiri şənləndirdilər. Uşaq İncəsənət məktəbinin şagirdləri bayram tədbirinə bədii zənginlik gətirdilər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova bayram iştirakçılarını təbrik etdi, bildirdi ki, onlar həmişə dövlətimizin və Prezidentimizin qayğısı əhatəsindədirlər.
Sevinərək tədbirə gələn uşaqların hamısına RİH-nin hədiyyələri verildi. Bu tədbir fiziki qüsurlu uşaqlara böyük mənəvi dəstək oldu.