Şriftin ölçüsü :

Saytın rəngi :

Bayram tədbiri keçirilmişdir.

30 dekabr 2015 | 16:00

31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə İsmayıllı rayonunda təntənəli bayram tədbiri keçirilmişdir.
      200 nəfərdən çox iştirakçısını özündə birləşdirən tədbir “Qala” şadlıq sarayında reallaşdı.
       Musiqili ədəbi-bədii proqramla müşaiyət olunan bayram tədbirində RİH-nin başçısı cənab Mirdaməd Sadıqov çıxış edərək  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə İsmayıllı sakinlərini, Azərbaycan xalqını, bayram təntənəsinə toplaşanları təbrik etdi. Rayonda gedən geniş abadlıq və quruculuq işlərindən, yeni tikilən və tikilməkdə olan obyektlərdən söz açdı. Rayonun gələcək inkişafı barədə ətraflı məlumat verdi. İsmayıllıya göstərilən dövlət qayğısı barədə danışdı. Ölkə Prezidenti cənab İlham Əliyevin həmişə  ismayıllılara arxa, kömək durduğunu diqqətə çatdırdı.
      Tədbirdə qonaq qismində iştirak edən şair Musa Yaqub, Maarif Soltan, Rəsul Səfərov bədii qiraətçi Pünhan İsmayıllı, Rasim Şərifov və başqaları çıxış edərək bildirdilər ki, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü  hər bir azərbaycanlıda böyük sevinc, səmimi duyğular oyadır. Hər Yeni il xoşbəxt gələcəyimizdən xəbər verir.
      Çıxış edənlər qeyd etdilər ki, azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra çox böyük  və şərəfli bir yol keçmiş, misli görünməmiş nailiyyətlər əldə etmişdir. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya azərbaycanlıları arasında milli birliyin güclənməsi və həmvətənlərimizin təşkilatlanması üçün geniş imkanlar yaratmışdır.
Bayram tədbirində müğənni Sahibə Abdullayevanın, muğam müsabiqəsinin qalibi Kamilə Nəbiyevanın, İsmayıl Abbasovun, Qalib Güləliyevin, Bəhruz Həşimovun, Piralı Şıxıyevin, Zülfi Zülfiyevin ifa etdikləri mahnılar ürəklərə yol açdı, qəlbləri oxşadı.
Balaca fidanların ifa etdikləri rəqslər tədbirə toplaşanlarda xoş ovqat yaratdı. Şaxta babanın gəlişi tədbirə yeni ruh verdi.
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə “İlin müəllimi” olmuş qabaqcıl müəllimlərə, “İlin məktəbi” müsabiqəsinə birincilik əldə etmiş şəhər 5 saylı və Təzəkənd orta məktəbinin direktorlarına, respublika, dünya və Avropa çempionu olmuş bir qrup idmançıya, digər sahələr üzrə birincilik əldə etmiş işçilərə, gənclərə və ağsaqqallara qiyəmətli hədiyyələr, fəxri fərmanlar təqdim olundu.
Rayonda keçirilən bu tədbirin əsas qayəsini ümummilli lider Heydər Əliyev ideyalarına sədaqət, Azərbaycan xalqının milli birliyi, xalqımızın mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubiyyətin dərindən dərk edilməsi, azərbaycançılıq ideologiyası təşkil edirdi.
Bayram tədbirində bir daha dərindən dərk olundu ki, bütün bunlar möhtərəm cənab Prezident İlham Əliyevin qlobal fəaliyyətinin nəticəsidir.

Keçidlər