İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə hesabat yığıncaqlarının keçirilməsinə başlanmışdır
İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq müəyyən olunmuş vəzifələrin icrası ilə əlaqədar 2015-ci ildə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə müəyyən işlər görülmüş, müxtəlif tədbirlər həyata keçirilmişdir. Görülən işlər hər rübün yekunlarında müzakirə edilmiş, inkişaf istiqamətləri müəyyənləşdirilmiş və mətbuat vasitəsilə ictimaiyyətə təqdim edilmişdir. 2015-ci il başa çatdığı üçün görülən işlər barədə ictimaiyyətə daha geniş məlumat vermək və 2016-cı ildə qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində 07.01.2016-cı il tarixdən hesabat yığıncaqlarının keçirilməsinə başlanmışdır.
Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2016-cı il tarixli 02 saylı Sərəncamı ilə təstiq edilmiş rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində 2015-ci ilin yekunları ilə bağlı hesabat yığıncaqlarının keçirilməsi qrafikinə uyğun olaraq Aşıqbayramlı, Cülyan, Müdri, Basqal, Ruşan və Mollaisaqlı İcra nümayəndəliklərinin hesabat yığıncaqları keçirilmişdir. Hesabat yığıncaqlarında əhalini narahat edən problemlər və qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur.
İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində hesabat yığıncaqlarının keçirilməsi qrafikə uyğun olaraq davam etdirilir.