Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Ağsaqqallar Şurasının sədri İnqilab Həsənovun 80 illik yubileyi

14 yanvar 2016 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa xidmət göstərmək tapşırığını  məsuliyyətlə yerinə yetirir. Bu xidmətin dəyərli  bir istiqaməti kimi tanınmış  elm xadimlərinin,  dövlət qulluqçularının, zamanında aparıcı  təsərrüat və müəssisə rəhbəri kimi fərqlənərək  dövlət təltiflərinə layiq görülmüş mütəxəssislərin, ziyalıların anım və xatirə günlərinin, yaşamaqda davam edənlərin yubileylərinin keçirilməsi götürülüb.
İsmayıllı rayon Ağsaqqallar Şurasının sədri İnqilab Həsənovun 80 illik yubileyinin  rayon icra hakimiyyəti tərəfindən  “Qala” şadlıq sarayında  təntənəli şəkildə qeyd  edilməsi bu sıradan  təqdirəlayiq tədbirlərdən biri olub.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yubliyarı təbrik edib, iştirakçılara onun keçdiyi yoldan, dövlətə, dövlətçiliyə xidmətindən, nümunəvi ailə başçısı olmasından, layiqli övladlar tərbiyə etməsindən danışıb. Qeyd edib ki, kənd təsərrüfatı mütəxəssisi kimi işlədiyi bütün sahələrdə-zootexnik, sovxoz direktoru, kolxoz sədri, icraiyyə komitəsi əməkdaşı kimi nümunəvi fəaliyyəti ilə seçilib. Bir müsəlman kimi boynuna düşən borcu da İnqilab  Həsənov yerinə yetirib-müqəddəs yerləri ziyarət edib. Bütün bunlar yubliyara Rayon Ağsaqqallar Şurasına sədrlik etməkdə  daha çox mənəvi haqq verir.
Təbrikə qoşulan jurnalist Lətifə Əliyeva, təhsil və dövlət qulluğu veteranı Fərman Bəşirov, İsmayıllı Humanitar və Texnologiya Kollecinin direktoru Sevda Qasımova, Rayon Veteranlar Şurasının sədri Abduləli Əliyev, yubliyarın keçmiş sinif yoldaşı Firidun Babayev, “Tərəqqi” medallı müəllim Hacıməmməd Məmmədov və Qubaxəlilli İƏD üzrə nümayəndə Yaşar Calalov İnqilab Həsənovu nümunəvi ailə başçısı, layiqli vətəndaş, ictimai fəallığı ilə seçilən cəmiyyət üzvü kimi xarakterizə etdilər. Səmimi təbriklərini Həsənova ünvanlamağı da önə çəkdilər.
İnqilab Həsənov çıxış edib, ailəsinin bugünkü növrağına görə ölkə rəhbərinə, dövlətimizə minnətdarlıq etdi. Bütün İsmayıllı sakinlərinə ona verilən qiymətə və ömür dəstəyinə görə razılığını çatdırdı.
Yubliyarın oğlu, uzun illər kənd təsərrüfatı istehsalı sahəsində çalışan Həsən Həsənov ailə adından məclisin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirdi. Ata və ana haqqında şeirlə yubiley təntənəsini yekunlaşdırdı.
Ataya, anaya, Azərbaycan həyatına uyğun şeirlər və mahnılar səsləndi. Məclisdə iştirak edən nəvələr, övldlar, qohumlar, dostlar qürur duyurdular və sevindilər ki, Azərbaycanda ağsaqalla, ziyalıya, ataya, babaya belə qayğı və hörmət var.

Keçidlər