Şriftin ölçüsü :

Saytın rəngi :

Quşencədə yubiley tədbiri

28 aprel 2013 | 15:00

Rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm şöbəsi ilə birlikdə İnzibati Ərazi Dairələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlər keçirir. Aprel ayının 27-də növbəti belə bir tədbir Quşencə kənd tam orta məktəbinin akt zalında sakinlərin və pedaqoji kollektiv üzvlərinin iştirakı ilə olmuşdur. Rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Valeh Salehov ümummilli liderin həyat və fəaliyyəti, İsmayıllıya səfərləri barədə məruzə etmişdir.
Rayon mədəniyyət mərkəzinin “Niyal” ansamblı maraqlı konsert proqramı ilə çıxış etmişdir. Musiqi nömrələri, ifaçılar, xüsusilə Aşıq Yanvar Bədəlov alqışlarla qarşılanmışdır.

Keçidlər