Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda din xadimlərinin toplantısı keçirildi.

14 yanvar 2016 | 16:00

Yanvar ayının 14-də RİH-nin konfrans zalında İsmayıllıda din xadimlərinin toplantısı keçirildi. Toplantıda RİH başçısı yanında dini komissiyanın üzvləri, icma sədrləri, imam, axund və dini ayinlərin icraçıları iştirak edirdilər.
İclası giriş sözü ilə RİH-nin başçısı Mirdaməd Sadıqov açdı. Islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini  tolerantlığın, dözümlülüyün mövcud olduğunu diqqətə çatdırdı. Azərbaycan xalqının, dövlətimizin digər dini və milli mənsublara hörmət və ehtiramının sonsuz olduğunu bildirdi. Rayonda din xadimlərinin fəaliyyət istiqamətləri müəyyənləşdirildi.Dini radikallara  qarşı mübarizə tədbirlərinin gücləndiriləcəyi  toplantı iştirakçılarına xatırladıldı.
Sonra RİHB-nin birinci müavini, RİHB-sı yanında dini komissiyanın sədri Rövşən Ağayev çıxış edərək komissiyanın il ərzində gördüyü işlər barədə məlumat verdi, komissiyanın  yeni tərkibini toplantı iştirakçılarının diqqətinə çatdırdı, gələcək fəaliyyəti barədə məlumat verdi.
Rayonda dini durumun vəziyyəti və onu daha da yaxşılaşdırmaq  tədbirləri barədə  ismayıllı “Cümə” məscidinin imamı Şahzadə Bilalov,dövlət qulluğu veteranı Valeh Salehov,Veteranlar Şurasının sədri Abduləli Əliyev  və başqaları  çıxış etdilər. Onlar qeyd etdilər ki, respublika Prezidenti cənab İlham Əliyevin müdrik  rəhbərliyi sayəsində ölkəmizdə tolerantlıq, digər xalqlara, onların adət və ənənələrinə hörmət səviyyəsi daha da yüksəlmişdir. Cənab Prezident 2016-cı ili “Multikulturalizm ili” elan etmişdir.Bu bizi daha fəal olmağa,dini təbliğat, maarifləndirmə tədbirlərini gücləndirməyə istiqamətləndirir.
Sonda RİH-nin baş məsləhətçisi Murad Məhərrəmovun İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini- dini qurumlarla işin təşkilatçısı vəzifəsinə təyin olunması toplantı iştirakçılarının diqqətinə çatdırıldı,  yeni təyinatındakı fəaliyyətində ona uğurlar arzulandı.

Keçidlər