İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci ilə görüş
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi, professor Mirdaməd Sadıqov İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbə kollektivi ilə görüş keçirib. Görüş zaman M.Sadıqov tələbələrin və müəllimlərin sosial və təhsil problemləri ilə maraqlanmış, bu problemlərin həlli istiqamətində işlər görüləcəyini qeyd etmişdir. Eyni zamanda fikir mübadilələri aparılmış, təkliflər dinlənilmişdir.
RİH başçısı tələbələrə bir təhsil işçisi kimi tövsiyələr vermiş, onların xalqına, torpağına və dövlətinə sadiq vətəndaşlar kimi yetişməsini arzulamışdır. Kollecin direktor əvəzi Sevda Qasımova Dövlət rəhbərinin onlara göstərdiyi qayğı və diqqətə görə M.Sadıqova minnətdarlığını bildirmiş, müəllim və tələbə kollektivinin bu görüşdən məmnun olduğunu qeyd etmişdir.