Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənin Müdafiəsinə Hazıram” poliotilon çoxnövçülüyünün zona birinciliyi

27 aprel 2013 | 15:00

25 aprel 2013-cü il tarixində 3 saylı tam orta məktəbin idman bazasında “Vətənin Müdafiəsinə Hazıram” poliotilon çoxnövçülüyünün zona birinciliyi keçirilmişdir. Birincilikdə Balakən, Zaqatala, Şəki Oğuz, Qəbələ, Ağdaş, Göyçay, Yevlax, Bərdə, Ağsu, Qax, Ağcabədi, Naftalan, Ağdam, Şamaxı və İsmayıllı komandaları iştirak etmişdir. Zona yarışında idmançılar 100 m və 2000 m məsafəyə qaçış, turnikdə dartınma və hədəfə qumbara atma bölmələri üzrə güclərini sınamışlar. Gərgin və maraqlı mübarizənin sonunda İsmayıllı komandası 891 xalla I yeri, Oğuz komandası 877 xalla II yeri, Qəbələ komandası 848 xalla  III yeri tutmuşlar. Qaliblər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif olunmuşlar. İsmayıllı,Oğuz və Qəbələ komandaları finala vəsiqə qazanmışlar.

Keçidlər