Qurbanəfəndi kəndinə təbii qaz verilmişdir
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, yanvarın 28-də İsmayıllı rayonunun Qurbanəfəndi kəndinə təbii qaz verilmişdir.
Bu münasibətlə keçirilmiş mərasimdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İsmayıllı rayonunda keçirilmiş tədbirdə bildirilmişdir ki, 243 abonenti olan Qurbanəfəndi kəndinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 12455 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.