Binəqədi və İsmayıllı bələdiyyə şuraları arasında qarşılıqlı fəaliyyət proqramına dair niyyət protokolu imzalanıb
Yanvarın 29-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Binəqədi rayonunun bələdiyyələri və İsmayıllı bələdiyyələri arasında qarşılıqlı fəaliyyət proqramına dair niyyət protokolu imzalanıb.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva iştirak ediblər.
Daha sonra ikitərəfli görüşdə hər iki bələdiyyənin fəaliyyət planı haqqında məlumat verilib. Niyyət protokoluna əsasən tərəflər bir çox sahələr üzrə əməkdaşlıq edəcəklər, xüsusilə də kənd təsərrüfatı və emal müəssisələri məhsullarının Binəqədi rayonu ərazisində satışını həyata keçirəcəklər. Dostluq münasibətləri çərçivəsində mədəni- kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Tədbirdə İsmayıllı rayonun təşkil etdiyi kənd təsərrüfatı məhsullarının video sərgisi ilə tanışlıq olub. Daha sonra Binəqədi rayon, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev qarşılıqlı fəaliyyət proqramına dair niyyət protokolunu imzalayıblar.