Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyi fərqlənən tədbirlə qeyd edilib

30 yanvar 2016 | 16:00

İsmayıllı rayon Mədəniyyət və Turizm  şöbəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliynini yaranmasının 10 illiyini fərqlənən, orijinal bir tədbirlə qeyd etdi. Yeni yaradılmış “Gənc mədəniyyət işçilərinin koordinasiya-kreativ qrupu”nun  təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin foyesində yerli rəssamların, bədii tərtibatçıların, qrafika ustalarının, xalq sənətkarlarının, xalçaçıların əsərlərindən, əl işlərindən ibarət zəngin sərgi  düzəldilmişdi. İştirakçılar əvvəlcə  hər tərəfi əhatə edən sərgiyə baxdılar. Tədbiri koordinasiya-kreativ qrupun üzvü, Heydər Əliyev Mərkəzinin əməkdaşı Qönçə Ağazadə açaraq  tədbirin mahiyyətindən danışdı, mədəniyyət və turizm işçilərini təbrik etdi.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının 10 illiyi münasibətilə bu sahələrdə çalışanları təbrik etdi. İştirakçıların  sırasında  gənclərin üstünlük təşkil etdiyinə əsaslanan başçı Prezident İlham Əliyevin ölkə gənclərinin  bir qrupu ilə görüşü zamanı qarşıya qoyduğu  vəzifələrin icrası yollarından, gənclərin bu istiqamətlər üzrə səfərbər edilməsindən danışdı.
Azərbaycan Respublikasının Birinci xanımı, xoşməramlı səfir, Millət Vəkili Mehriban Əliyevaya İsmayıllı üçün xarakterik olan kəlağayının və “Lahıc misgərlik sənəti”nin UNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinə görə bütün ismayıllıların minnətdarlığını bildirdi.
Rayonun mədəniyyət və turizm sahəsinə yeni intellektual qüvvələrin gəlməsini Mirdaməd Sadıqov təqdir etdi.
Gənc mahnı və musiqi ifaçılarının eksklüziv konsertinə tamaşa edildi.

Keçidlər