2 fevral Gənclər günü İsmayıllıda uğurlar ilinin yekunu kimi qeyd olunub
Gənclərin fəallığının və uğurlarının təbliğinin nəticəsi olaraq İsmayıllı 2015-ci il üçün “Azərbaycanın gənclər paytaxtı”seçilmişdi. Gənclər paytaxtı çərçivəsində bir sıra Respublika tədbirləri üçün məkan İsmayıllı seçilib.”Gənclər siyasətinin Azərbaycan modeli” mövzusunda Beynəlxalq Gənclər Forumu, “Etno-irs” layihəsi, gənc jurnalistlərin, gənc politoloqların, “İrəli” gənclər təşkilatının, gənclərlə bağlı bir sıra QHT-lərin layihələri burada reallaşıb. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun ideya müəllifliyi ilə ixtisas təhsili olmayan gənclər üçün “Gənc təsərrüfatçılar məktəbi” təsis edilib, “İnnovasiya mərkəzi” yaradılıb. İdarəetməyə gənclərin daha çox cəlbinə diqqqət yetirilib. İsmayıllı gəncləri öz bayramlarını- Gənclər gününü qeyd etməyə bu və digər çoxsaylı uğurlarla gəlmişdilər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Heydər Əliyev Mərkəzinin foyesində gənc rəssamların, bədii tikmə və tərtibatçıların, qrafika ustalarının, xalq sənətkarlarının, toxucuların əsərləri və əl işlərindən ibarət sərgiyə baxıblar. Gənc ifaçıların şeirlərini, musiqi nömrələrini və mahnılarını dinləyiblər.
Mərkəzin konfrans zalına toplaşan gəncləri rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov təbrik etmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gənclər Forumunun 20 illiyi ilə əlaqədar ölkənin bir qrup gənci ilə görüşü zamanı qarşıya qoyduğu vəzifələrin rayon miqyasında həyata keçirilməsi yollarından danışmışdır. İcra Hakimiyyətinin başçısı mövzuya uyğun fikri, təklifi, arzusu olan hər bir gənci dinləmiş, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı ilə bağlı daha səmərəli təklifləri qəbul etmiş, həyata keçəməsi üçün lazımi dəsək veriləcəyini bildirmiş, gəncləri əmək və düşüncə fəallığına çağırmışdır. Humanitar və Texnologiya Kollecinin direktoru Sevda Qasımova, Sumağallı kəndindən gənc icma sədri İlkin Salahov, tələbə Aytac Mirzəliyeva, Peşə tədris mərkəzinin direktoru Zaur Muradov , rayon gənclər və idman idarəsinin rəis müavini Rauf Rəcəbov, XI sinif şagirdi Toğrul Qasımov və başqaları çıxış edib təbrik demiş, uğurlardan danışmış, ən əsası isə bundan sonrakı proseslərdə üzərlərinə düşən vəzifələrin nədən ibarət olduğu fikirlərini iştirakçılarla bölüşmüşlər.
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova bir qrup fərqlənən gəncə Fəxri fərmanları və hədiyyələri təqdim etmişdir.