Şriftin ölçüsü :

Saytın rəngi :

Şura iclası keçirilib

30 yanvar 2016 | 16:00
29 yanvar 2016-cı il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirilib. İclasda 2016-cı il büdcəsində rayonun abadlaşdırılması məqsədilə nəzərdə tutulmuş vəsaitdən istifadə istiqamətlərinin müəyyənləşdirilməsi və işin icrası zamanı ictimai nəzarətin təmin olunması, RIH başçısının İƏD üzrə nümayəndəliklərinin  2015-ci ildə gördüyü işlərə dair keçirilmiş hesabat yığıncaqlarının yekunları, icarəyə verilən ticarət sahələrinin qiymətlərinin mövcud qanunvericiliyə uyğunlaşdırılması və digər cari məsələlər müzakirə edilmişdir.
Ölkədə baş verən devalvasiyadan sonra sahibkarlığın inkişafına normal mühütün yaradılması məqsədi ilə icarəyə verilən ticarət sahələrinin qiymətlərinin mövcud qanunvericiliyə uyğunlaşdırılmasının tövsiyə edilməsi barədə məsələ ilə əlaqədar olaraq Şuranın sədri Mirdaməd Sadıqov bildirdi ki, ölkədə baş verən devalvasiyadan sonra sahibkarlığın inkişafına normal mühütün yaradılması, xırda sahibkarlığın inkişaf etdirilməsi üçün normal mühütün yaradılması zərurəti yaranmışdır.Belə bir vaxtda sahibkarlar da bir-birinə güzəştə getməlidirlər.İcarəçilər tərəfindən bizə verilən məlumata görə sahibkarlar tərəfindən mağaza yerləri onlara yuxarı qiymətə verilir. Hazır ki, vəziyyətdə onlar xərcləri çıxarmaqda çətinlik çəkirlər, ona görədə işçiləri ixtisar etmək məcburiyyətindədilər. Rayon İcra Hakimiyyəti olaraq biz sahibkarların işinə müdaxilə edə bilmərik, lakin mövcud vəziyyəti nəzərə alıb onların icarəçilərə güzəştə getmələrini, qiymətlərin aşağı salınmasını tövsiyə edirik.
Bəzi Şura üzvləri vəzifələrini dəyişdiyi üçün İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın tərkibinə yeni üzvlərin daxil edilməsi məsələsinə də baxılmışdır. Şura üzvlərinin yekdil səsverməsi ilə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Əsədov və İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov Şuranın üzvlüyünə qəbul edilmişdir.
Keçidlər