Şriftin ölçüsü :

Saytın rəngi :

Cüdo üzrə açıq rayon birinciliyi

28 aprel 2013 | 15:00

İsmayıllı rayon Gənclər və İdman idarəsi, Olimpiya İdman Kompleksi və Gənclərin Antinarkomaniya İcrimai Birliyi ilə Ümummilli lider H.Əliyevin anadan olmasının 90 illik yubleyi ilə əlaqədar 1997-98 və 1999-2001-ci il təvəllüdlü oğlanlar arasında cüdo üzrə açıq rayon birinciliyi keçirmişdir. Birincilikdə İsmayıllı, Sumqayıt, Göyçay, Şamaxı, Qəbələ, Ağcabədi və Laçın rayonlarından-ümumulikdə 7 rayondan 13 komanda iştirak etmişdir. 120 nəfərdən çox cüdoçu güclərinin sınamışlar. Birinciliyi rayon Gənclər və İdman idarəsinın rəisi E.Nəcəfli giriş sözü ilə açmışdır. Rayon İcra Hakimiyyəti başçısının müavini S.Əhmədova cüdoçuları birincilik münasibəti ilə təbrik etmiş, Ümummilli lider H.Əliyevin Azərbaycan xalqının inkişafında və müstəqil Azərbaycan Respublikasının qurulmasında rolundan danışmışdır. Gərgin mübarizədən sonra birinciliyin qalibləri təşkilat komitəsi tərəfindən diplom və medallarla təltif olunmuşlar.

Keçidlər