Şriftin ölçüsü :

Saytın rəngi :

“Daşınmaz Əmlakın Mülkiyyət Hüquqlarının Dövlət qeydiyyatına alınmasında maarifləndirmə işinin təşkili”

05 fevral 2016 | 16:00

05 yanvar 2015-ci il tarixdə İsmayıllı şəhər Heydər Əliyev Mərkəzində “Daşınmaz Əmlakın Mülkiyyət Hüquqlarının Dövlət qeydiyyatına alınmasında maarifləndirmə işinin təşkili” mövzusunda rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə seminar müşavirə keçirilmişdir.
Seminar müşavirədə RİH başçısı Mirdaməd Sadıqov, RİH başçısının müavini Mahmud Süleymanov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri R.Səmədov, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Qəbələ ərazi idarəsinin rəisi Qasım Əliyev, ərazi idarəsinin baş mühəndisi Tofiq Məmmədov və hüquq şöbəsinin müdiri Ruslan Mirzəyev, İƏD üzrə nümayəndə və bələdiyyələr iştirak edib. Q.Əliyev seminar-müşavirə iştirakçılarını salamlayaraq daşınmaz əmlakın qeydə alınması, həyətyanı torpaq sahələrinin və pay torpaq sahələrinin sənədləşdırılməsinin vacibliyi barədə geniş cıxış etdi.
İsmayıllı bələdiyyəsinin sədri P.Ağayev, Qubaxəlilli kənd İƏD üzrə nümayəndə Y.Calalov, Lahıc qəsəbə İƏD üzrə nümayəndə F.Haqverdiyev, Sulut kənd İƏD üzrə nümayəndə Y.Əfəndiyev, Həftəsov kənd İƏD üzrə nümayəndə Q.Məmmədov, Qoşakənd kənd İƏD üzrə nümayəndə F.Əkbərov, Lahıc bələdiyyəsinin sədri R.Əliyev və Yuxarı Cülyan-Müdri bələdiyyəsinin sədri Z.Bağıyeva ərazilərdə olan daşınmaz əmlak və torpaq islahatı vaxtı yaranmış problemlərin həlli barədə qonaqlara suallar verdilər.
Suallar Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Qəbələ ərazi idarəsinin əməkdaşları tərəfindən geniş və aydın şəkildə cavablandıraraq problemlərin həll olunmasında qanunamüvafiq qaydada köməkliyin göstəriləcəyini və İsmayıllı rayonunun bütün yaşayış məntəqələrində qrafik üzrə vətəndaşların yerlərdə sənədlərinin qəbul ediləcəyini bildirmişdir.

Keçidlər