Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələr seçiciləri qarşısında hesabat verir.

05 fevral 2016 | 16:00

İsmayıllı rayonu üzrə şəhər, qəsəbə və kənd bələdiyyələrinin 2015-ci ilin yekunları ilə əlaqədar seçiciləri qarşısında hesabat yığıncaqları keçirilir.
Bu günə kimi rayonun Aşıqbayramlı, Brovdal, Basqal, Cülyan, Yuxarı Cülyan-Müdri, Diyallı, Gəraybəyli, Hacıhətəmli, Kürdmaşı, Kəlbənd və İvanovka bələdiyyələri seçiciləri qarşısında hesabatlarını təqdim etmişdir. Hesabat yığıncaqlarında istər bələdiyyə üzvləri, istərsə də seçicilər tərəfindən ərazilərin mövcud sosial problemləri səsləndirilmiş və həlli yolları barədə təkliflər müzakirə edilmişdir.
Bələdiyyələrə əlavə gəlir gətirən sahələrin yaradılması istiqamətində işlər görülməsi, əhalini narahat edən problemlər və qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur.

Keçidlər