Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü İsmayıllıda formaca müxtəlif məzmunca zəngin tədbirlərlə qeyd olundu.
İsmayıllı gəncləri Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək, şəhid olmuş vətən övladlarının ruhu qarşısında özünü həmişə borclu bilir. Bu borcu müxtəlif formalı, zəngin məzmunlu tədbirlərlə- anım və xatirə günləri, yürüşlər,ziyarətlər, ədəbi-bədii kompozisiyalar və flaşmoblarla yerinə yetirirlər. Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbirdə bunlar tam dolğunluğu ilə əksini tapmışdı.
Rayon İcra Hakimiyyətinin və rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 6 fevral 2016-cı il tarixə çoxsaylı gənclər mərkəzi meydana toplaşmışdılar. Buradakı monitorda qəhrəmanlıq, vətənpərvərlik və hərbi mövzulu mahnılar, marşlar səsləndirilirdi. 6 saylı tam orta məktəbin hərbi geyimli şagirdləri flaşmob nümayiş etdirərək “Mübariz” sözünü canlı yazdılar, 8 guşəli ulduz çəkdilər. Sonra Şəhidlər xiyabanına Milli Qəhrəmanın şəninə şüarlar, hərbi mahnılar, marşlar səsləndirməklə yürüş etdilər.
Ziyarətdən sonar Şəhidlər Xiyabanının ərazisindəki çəmənlikdə flaşmob iştirakçıları“Mübariz” adını yazdılar.
Rayon İcra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Qarabağ müharibəsi əlili Kamil Dadaşov, hərbi qulluqçu Aslan Şirəliyev Mübariz İbrahimovun qəhrəmanlığından danışdılar. Gənc şairə Şəhla Qafarova qəhrəmana həsr olunmuş şeirini oxudu.
Yürüş iştirakçıları ziyarətdən uşaq-gənclər kitabxanasına qayıtdılar. Burada Mübariz İbrahimova həsr edilmiş filmə və şəhər 1saylı tam orta məktəbin hazırladığı ədəbi-bədii kompoizisiyaya baxdılar.