Şriftin ölçüsü :

Saytın rəngi :

Basqal və Təzəkənddə qəbul keçirilib

10 fevral 2016 | 16:00

Tarixi Basqalın müasir problemləri ilə gündəlik məşğul olan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüş-qəbulu açaraq qarşıda duran həlli vacib məsələlərdən, Basqalın  yeniləşməsi üçün görüləcək tədbirlərdən, qaz, enerji və su təchizatının, kommunal xidmətinin daha da yaxşılaşacağından, ipəkçiliyin, kəlağayı toxulçuluğunun bərpa olunacağından, sahibkarlığın  inkişafı üçün sakinlərin fəal mövqeyə gəlməsinin vacibliyindən danışdı.
     Rəfail Nağıyev yaradılan şəraitə görə təşəkkür edərək bildirdi ki, taxılçılıq və maldarlıq üzrə fermer təsərrüfatı yaratmaq istəyir. Bunun üçün mütəxəssis və maliyə dəstəyinə ehtiyac var. İş adamına deyilən istiqamətlər üzrə köməklik göstərmək barədə aid sahə rəhbərinə tapşırıq verildi.
    Müraciət edən bir neçə gənc yerindəcə müxtəlif xidmət sahələrində işlə təmin olundu.
    Yerli icra və özünüidarəetmə stukturlarına məsləhət bilindi ki, qəsəbənin problemlərini həll etməyə imkanlı şəxsləri və iş adamı olan basqalılları cəlb etsinlər. Başçı təklifi, məsləhəti, arzusu olan hər kəsi, sona qədər dinlədi və görüş-qəbulda iştirak edən sahə rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

****

Təzəkənddə görüş-qəbula Təzəkənd inzibati ərazi dairəsinə daxil olan Qaraqaya, Gəndov, Yeniyol və II Yeniyol kəndlərindən də sakinlər gəlmişdilər. İştirakçılar sırasında gənclər çoxluq təşkil edirdi.
           Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yerli sahibkarlığın inkişafından, əhalinin məşğulluğunun artırılması yollarından, kənd təsərrüfatı istehsalı sahəsində kooperativlərin, fermer təsərrüfatlarının yaradılması zərurətindən danışdı. Qeyd etdi ki, hər şeyin dövlətdən hazır istənilməsi zamanı çoxdan keçib. Dövlət büdcəsinin  yerli gəlirlər əsasında formalaşmasında hər bir rayon sakinin iştirakı olmalıdır. Xalçaçılığın bərpası üçün yollar axtarılmalıdır. Nailiyyətləri çoxlarından fərqli olan Təzəkənd tam orta məktəbinin məzunları kəndin müasir təsərrüfatçılığının inkişafında fəal iştirak etməlidir.
“Gənc təsərrüfatçılar məktəbi”nin müdavimi Əlirza Əkbərov tütünçülüyü bərpa etmək istədiyini dedi.Bu istək bəyənildi və gənc təsərrüfatçıya köməklik göstəriləcəyi bildirildi.
Pensiyaçı müəllim Rəhim Ağayev keçiçilik üzrə fermer təsərrüfatı yaratmaq üçün Ağcabədi rayonunda olduğunu və digər yerlərdə də təcrübəni öyrənib özəl fəaliyyətə başlayacağını dedi.
Kartofçuluğun, üzmüçülüyün bərpası,taxılçılığın inkişaf etdirilməsi barədə də təkliflər səsləndi.
Burada da bir neçə xidmət sahəsində, yaşıllaşdırma müəssisəsində, yol-istismar idarəsində işləmək üçün gənclər seçildi.

Keçidlər