Şriftin ölçüsü :

Saytın rəngi :

Diyallı kəndində görüş-qəbul keçirilib

17 fevral 2016 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüş-qəbulu açaraq qarşıda duran həlli vacib məsələlərdən, kəndin  inkişafı  üçün görüləcək tədbirlərdən, qaz, enerji və su təchizatının, kommunal xidmətlərin daha da yaxşılaşacağından, sahibkarlığın  inkişafı üçün sakinlərin fəal mövqeyə gəlməsinin vacibliyindən danışıb. RİH başçısı bildirib ki, kəndin ərazisində tikilən velosiped zavodu və eləcədə tikiləcək digər istehsal müəssisələri rayonda eləcədə Diyallı kəndində işsizliyi aradan qaldırılmasında, rayonun iinkişafında mühüm rol oynayacaqdır.
    Kənd sakinləri əhalinin sosial rifahının artırılması üçün yaradılan şəraitə görə təşəkkür edərək bildirdilər ki onlar özləridə kənddə yeni təsərrüfatların, müəssisələrin yaradılması üçün müəyyən işlər görmək istəyirlər. RİH başçısı Mirdaməd Sadıqov onların bu təşəbbüslərini dəstəklədiklərini bildirərək onlara  öz məsləhətlərini verib, deyilən istiqamətlər üzrə köməklik göstərmək barədə aid sahə rəhbərlərinə tapşırıq verib.
Daha sonra kənd sakinləri kəndin və özlərinin şəxsi problemləri barədə RİH başçısına müraciət ediblər. RİH başçısı da öz növbəsində bütün müraciətləri diqqətlə dinlədikdən sonra qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı üzrə tapşırıqlar verib.

Keçidlər