Gənclər və idman naziri Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edib
Bu gün Gənclər və idman naziri Azad Rəhimov Balakən, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala və İsmayıllı rayonundan olan vətəndaşları qəbul edib.
Saat 11.00-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 30-a yaxın vətəndaş iştirak edib.
Müraciətlər gənclər və idman mərkəzlərinin tikintisi və müvafiq avadanlıqlarla təmin edilməsi, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi, iş ilə təminat və s olub.
Gənclər sahəsi üzrə edilən müraciətlər sırasına Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti ilə bağlı olub.
İdman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması və s idman sahəsində edilən müraciətlər olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.