Şriftin ölçüsü :

Saytın rəngi :

Ağır Atletika üzrə 10-cu Respublika çempionatı

19 fevral 2016 | 16:00

19 fevral 2016-cı il tarixdə  İsmayıllı Olimpiya İdman Kompleksində 2002-2003-cü il təvəllüdlü  yeniyetmələr arasında Ağır Atletika üzrə 10-cu Respublika çempionatı  keçirilib.
İdman tədbirində Gənclər və İdman Nazirliyinin sektor müdiri Mütalib Həsənov, RİH-nin məsul işçisi Rövşən Yəhyayev, RGİİ-nin rəisi Taleh Salehov, OİK-in direktoru  Tofiq Hümbətov iştirak ediblər. Yarışda respublikanın 16 şəhər və rayonundan 100 nəfər yeniyetmə idmançı öz qüvvələrini sınayıb.
RGİİ-nin rəisi Taleh Salehov qonaqları salamlayıb. Qeyd edib ki, son illər rayonumuzda belə mötəbər tədbirlərin keçirilməsi xarakterik hal alıb. Dövlətimizin Başçısı cənab İlham Əliyev hər zaman idmançılara diqqət və qayğı  göstərir, respublikada idmanın inkişafı üçün normal şərait yaradır.
RİH-nin məsul işçisi Rövşən Yəhyayev RİH Başçısı adından qonaqları salamlayıb və idmançılara uğurlar arzulayıb. Gənclər və İdman Nazirliyinin sektor müdiri Mütalib Həsənov yaradılan şəraitə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Keçidlər