Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Ana dili günü qeyd olundu.

20 fevral 2016 | 16:00

Beynəlxalq Ana dili günü İsmayıllı rayonunda da yüksək səviyyədə qeyd olunub.  Ümumtəhsil məktəblərində, məktəbəqədər təhsil və mədəni-maarif müəssisələrində, Peşə Tədris Mərkəzində, İsmayıllı Humanitar Texnologiya Kollecində, digər idarə və müəssisələrdə beynəlxalq Ana dili gününə həsr olunmuş seminarlar, dəyirmi masalar , kitab müzakirələri,  ədəbi-bədii kompozisiya ilə müşayət olunan tədbirlər keçirilib.
Belə tədbirlərdən biri rayonun uşaq kitabxanasında reallaşıb. Tədbir müstəqil Azərbaycan Respublikasının Himnin səsləndirilməsi ilə başlayıb. Sonra ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, Dövlət dili kimi təsbit olunması ilə  bağlı gördüyü işlərə həsr olunmuş film nümayiş etdirilib. Sonra şəhər 3 saylı məktəb-liseyin müəllimi Almaz İsmayılovanın rəhbərliyi ilə şagirdlər tərəfindən hazırlanmış kompozisiya nümayiş olunub,səhnəciklər göstərilib. Şagirdlər tərəfindən ifa edilən  rəqs nömrələri tədbirə xoş ovqat qatıb.
Ana dili gününə həsr olunmuş tədbirdə  RTŞ-nın məsul işçiləri, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri, gənclər iştirak ediblər.
Sonda RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini M.Məhərrəmov Beynəlxalq Ana dili günü münasibətilə tədbirə toplaşanları RİH başçısı Mirdaməd Sadıqovun adından təbrik edib,dilimizi daha dərindən öyrənmək,inkişaf etdirmək gənclərə tövsiyə olunub.

Keçidlər