Xocalı soyqırımının 24-cü ildönümü qeyd olunmuşdur.
22 fevral 2016 | 16:00
Fevralın 22-də Rayon Mədəniyyət və Turizm Şöbəsinin Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı tədbiri Rayon Uşaq Kitabxanasında reallaşdı. 80 nəfərin iştirak etdiyi tədbirdə Rayon Mədəniyyət Mərkəzinin direktoru Təhmiraz Bayramov, şəhər 1 saylı tam orta məktəbinin tarix müəllimi Təranə Məmmədova, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Turanə Əzizova çıxış edərək Xocalı faciəsi, erməni faşistlərinin törətdikləri qətliamlar barədə tədbir iştirakçılarına məlumat verdilər. Sonda Vahid Mustafayevin “Xoca” filmi nümayiş etdirildi.
Tədbirdə RİH-nin, RTŞ-nin, RMTŞ-nin, RGİİ-nin nümayəndələri iştirak etdilər.