Xocalı faciəsini unutmayaq
23.02.2016-cı il tarıxdə Uşaq kitabxanasında şəhər 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mirvari Musayevanın şagirdləri ilə birgə hazırladığı “Xocalı faciəsini unutmayaq” adlı kompazisiya nümayiş etdirilib. Şagirdlərin ifası ilə Xocalı faciəsi bir daha yeniyetmələrin yaddaşında canlandırılıb. İştirak edən gənclərin vətənpərvərlik hisslərini gücləndirən qələbəyə çağıran şerlər ifa olunub. Nikbinliklə sona yetən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, YAP rayon təşkilatının sədri Əzizə Vahabova, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov və RGİİ-nin rəisi Taleh Salehov iştirak ediblər.
Sevil Əhmədova Xocalı dəhşətlərini yüksək hiss-həyəcanla zəngin duyğularla iştirakçılara çatdıran, Vətənin bütövliyi uğrunda mübarizəyə hazır olan ədəbi –bədii kompazisiyanın təşkilatçısı və iştirakçılarına təşəkkürünü bildirib. “Xocalıya Ədalət” kompaniyasının geniş miqyasda davam etməsindən torpaqlarımızın bütövləşməsi yolunda cənab Prezident İlham Əliyevin apardığı siyasətdən danışıb.