Şriftin ölçüsü :

Saytın rəngi :

"Müstəqil Azərbaycanın memarı"

30 aprel 2013 | 15:00

29 aprel 2013- cü il tarixdə İsmayıllı rayon Mərkəzi kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq "Müstəqil Azərbaycanın memarı" adlı ədəbi - bədii kompozisiya keçirilmişdir. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Ə.Ələkbərov açdı. O, Ümummilli liderin həyat və fəaliyyətindən geniş məruzə etdi. Tədbirin aparıcısı T. Əzizova böyük şəxsiyyət Heydər Əliyevin keşməkeşli həyat yolundan məlumat verdi. Sonra tədbirin bədii hissəsi başladı. Şəhər 1 saylı orta məktəbin VIII sinif şagirdləri Ulu öndərə həsr edilmiş şeirlər söylədilər.

Keçidlər