Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub

25 fevral 2016 | 16:00
25 fevral 2016-cı il tarixdə İsmayıllıda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Qeyd edək ki, yığıncaqdan öncə iştirakçılar və qonaqlar Mədəniyyət sarayının foyesində təşkil olunan kənd təsərrüfatı və sənaye məhsullarının, eləcə də sənətkarlıq nümunələrinin sərgisi ilə tanış olublar. Sonra hesabat yığıncağı RİH-nin akt zalında davam etdirilib.
İclasda Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli özünüidarəetmə Orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Dəyanət  Abdullayev, Millət vəkilləri Novruzəli Aslanov, Tahir Kərimli, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, qonaqlar, KİV nümayəndələri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak edib.
Hesabat yığıncağında RİH başçısı Mirdaməd Sadıqov ötən ildə rayonun sosial-iqtisadi inkişafının yekunları ilə bağlı məlumat verib. “İsmayıllı xəbərləri” qəzetində çap olunmuş hesabat məruzəsi və xüsusi buraxılışlı jurnal iştirakçılara paylanıb.
2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qarşıdakı dövr üçün müəyyənləşdirilən mühüm vəzifələrdən və həyata keçiriləcək tədbirlərdən ətraflı söz açılıb, təkliflər irəli sürülüb.
Çıxışlarda təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, sahibkarlıq və fermer təsərüffatının inkişafı ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr də  ətraflı təhlil olunub.
Yığıncaqda Prezident Administrasiyası Regional və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin məsul işçisi  Dəyanət Abdullayev, Milli Məclisin deputatları Novruzəli Aslanov və Tahir Kərimli, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, RMX-nın baş həkimi Aydın əsədov, Kollecin tələbəsi Rahid Rəcəbli, Nikitin adına kolxozun baş mühəndisi Serqey Nikolayeviç, Statistika idarəsinin rəisi Əziz Əzizov, Əməkdar müəllim Şəfaqət Rəsulov, fermer Müşviq Həsənov, Qubaxəlilli İƏD üzrə nümayəndə Yaşar Calalov çıxış ediblər.
Sonda Prezident cənab İlham Əliyevə müraciət qəbul olunub.
 
*Hesabat məruzəsi ilə buradan tanış ola bilərsiniz.

Keçidlər