“1 mart Beynəlxalq Mülki Müdafiə günü” ilə əlaqədar tədbirlər keçirilmişdir.
1 mart 2016-cı il tarixdə İsmayıllı şəhər 3 saylı tam orta məktəbdə və başqa obyektlərdə “1 mart Beynəlxalq Mülki Müdafiə günü”nə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə İsmayıllı rayon Mülki Müdafiə Qərargahının rəisi Vüqar Muradəliyev açaraq tədbirin mahiyyətindən danışmışdır.
Tədbirdə Şamaxı Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin rəisi, polkovnik-leytenant Faiq Əhədov çıxış edərək ilk növbədə “1 mart Beynəlxalq Mülki Müdafiə günü” münasibəti ilə tədbir iştirakçılarını təbrik etmişdir. Sonra Mülki müdafiə sahəsində Respublikamızda görülmüş işlər, əhalinin MM-ə hazırlığından, orta məktəblərdə MM dərslərinin tədrisinin vacibliyindən və bu sahəsə əhalinin maarifləndirilməsindən geniş danışmışdır.
Sonra məktəbin yuxarı sinif şagirdləri tərəfindən MM-ə hazırlıq, fövqəladə hallar zamanı yaralılara ilk yardımların göstərilməsi, yaralıların zəhərli ərazidən uzaqlaşdırılması, əlehqazların geyinilib soyunulması və bu kimi hazırlıqlar nümayiş etdirilmişdir.
Tədbirdə məktəbin II, V və XI sinif şagirdlərinin Mülki Müdafiəyə hazırlığı yoxlanılmış, siniflərdə “zəlzələ”, “yanğın” və s. komandalar verilmişdir.