Velosiped idman növü üzrə rayon birinciliyi keçirilib
02 mart 2016-cı il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi Olimpiya İdman Kompileksində "5 mart Bədən tərbiyəsi və idman günü"nə həsr olunmuş Velosiped idman növü üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirib. Yarışda Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışdı. Yarış iştirakçılarını “ 5 mart Bədən tərbiyəsi və İdman günü” münasibətilə təbrik edib.
Sonra Velosiped İdman Federasiyasının İsmayıllı rayon üzrə məşqçisi Anar Həsənəv yarışın keçirilməsi və qaydaları haqqında idmançılara məlumat verib.
Komanda şəklində keçirilən yarışda I yerə Olimpiya İdman Kompleksi ,II yerə Həvəskarlar və III yerə Olimpiya komandası layiq görüldü. Qalib komandalar rayon Gənclər və İdman idarəsinin diplom və medalları ilə təltif ediliblər.