ABŞ səfirliyinin əməkdaşları İsmayıllı şəhər 1 saylı orta məktəbdə.
2016-cı il fevral ayının 29-dan mart ayının 5-dək Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Respublikamızda “İngilis dili həftəsi” keçirilir. Bu məqsədlə 3 mart 2016-cı il tarixdə səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Emi Peterson və regional ingilis dili proqramları üzrə mütəxəssis Kevin Makkogi İsmayıllıya səfər ediblər. Emi Peterson bir vaxtlar sülh korpusunun nümayəndəsi kimi İsmayıllı şəhər 1 saylı tam orta məktəbində ingilis dilini tədris edib. Buna görə də silsilə tədbirlərin keçirilməsi məqsədilə bu təhsil ocağını məkan seçib.
ABŞ səfirliyinin əməkdaşları müəllimlər və şagirdlərlə görüş keçirmiş, onları təlim resursları ilə tanış etmiş, aktiv dil öyrənmə strategiyalarına dair təlim keçiblər. Musiqi ilə sintez edilən interaktiv metodlar əsasında keçirilən dərs müəllimlər, xüsusilə şagirdlər üçün çox maraqlı olub.
Sonda səfirlik tərəfindən müəllimlərə ingilis dilini öyrənməyə xidmət edən əyani vəsaitlər və kitablar paylanıb.
Emin Peterson və Kevin Makkogi yaradılan şərait və göstərilən qonaqpərvərlik üçün rayon İcra hakimiyyətinə təşəkkür ediblər.