Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Bədən tərbiyəsi və idman günü” qeyd edildi.

05 mart 2016 | 16:00

2015-ci il “Gənclər paytaxtı” seçilmiş İsmayıllının idmançıları üçün də uğurlu olub. Sambo və cüdo üzrə  iki nəfər idmançı qız Avropa oyunlarında  iştirak edib, poverliftinq üzrə bir nəfər Dünya çempionu, karate üzrə bir idmançı Avropa çempionu  titulunu qazanıb. Müxtəlif idman növləri üzrə rayon idmançıları Respublika yarışlarında uğurla çıxış ediblər. 13 yaşlı qızlardan ibarət rayonun futbol komandası Respublika yarışında birinci yer tutub.
Bir sıra idman növləri üzrə  yeniyetmələr və gənclər  arasında keçirilən yarışlar, turnirlər, spartakiadalar  üçün İsmayıllı məkan seçilib.
“Bədən tərbiyəsi və idman günü” ərəfəsində  rayonun əksər  yaşayış məntəqələrini əhatə edən idman yarışları keçirilib.
Bütün bunlar və digər nailiyyətlər barədə “Bədən tərbiyəsi və idman günü” ilə əlaqədar  Heydər Əliyev Mərkəzində keçirilən bayram toplantısında rayon gənclər və idman idarəsinin rəisi Taleh  Salehov ətraflı danışıb, idmançıları  və bütün rayon gənclərini təbrik edib.
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova Dövlət idman siyasətinin rayonda uğurla həyata keçirilməsindən, gənclərin  intellektual və məşğulluq səviyyəsinin artırılması üçün  görülən işlərdən danışıb, toplantı iştirakçılarını təbrik edib.
İl boyu daha çox uğur qazanan idmançılara Gİİ-nin hədiyyələri və fəxri fərmanları verilib.
8 Mart- Qadınlar bayramı münasibətilə rayonun gənclik həyatında fəal iştirak edən gənc qızlar da təbrik edilib, onlara RGİİ-nin fəxri fərmanları və hədiyyələri təqdim olunub.
Bütün əmək fəaliyyəti gənclər və gənclik təşkilatları ilə bağlı olan Sevil Əhmədovarayon gənclər və idman idarəsinin  fəxri fərmanla təltif edilib.

Keçidlər