İsmayıllıda “Ümumrespublika Yaşıllaşdırma” marafonu mütəşəkkil keçir.
Leyla xanım Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin təşəbbüsü ilə rayonumuzda 30 mindən artıq ağac əkilməsi nəzərdə tutulmuş, hal-hazıradək isə 10 mindən artıq ağac əkilməsi həyata keçirilmişdir. Əkiləcək ağacların 20 min ədədi İsmayıllı şəhəri və magistral yolların kənarlarında, qalan 10 min ədədi isə bələdiyyə ərazilərində əkiləcəkdir.
İDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində 5 mart 2016-cı il tarixində növbəti kütləvi ağacəkmə aksiyası davam etdirilmişdir.
Aksiya zamanı Muğanlı-İsmayıllı magistral yolunun ətrafındakı ərazilərdə və bələdiyyə ərazilərində gün ərzində ağcaqayın, göyrüş, çinar, eləcə də müxtəlif meyvə ağaclarından ibarət 2 mindən artıq ağac əkildi. Əkilmiş ağacların suvarılması təmin edildi.
Ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarının əmək kollektivləri iştirak edirdi.
Ağacəkmə kompaniyası davam edir.