Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təşkil olunmuş təntənəli bayram tədbiri

07 mart 2016 | 16:00

İsmayıllıda  8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təşkil olunmuş təntənəli bayram tədbiri  ilk olaraq  Rayon İcra Hakimiyyətinin  akt zalında  oldu. Şəhid ailələrindən olan  xanımları RİH başçısı Mirdaməd Sadıqov təbrik edərək onlara can sağlığı uzun ömür arzuladı. Sonra tədbir “Qala” şadlıq sarayında davam etdirildi. Rayonun İctimai –mədəni həyatında fərqlənən 150  nəfər xanımının iştirak etdiyi bayram tədbiri Prezident İlham Əliyevin  Azərbaycan qadınlarına təbrikinin oxunması ilə başlandı.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov  cəmiyyətdə və ailədə qadınların rolundan danışdı, onların ictimai həyata , ailəyə mənəvi dayaq olduqlarını söylədi.O,   vurğuladı ki,  ümummilli lider Heydər Əliyev daim qadınlarımızın zəhmətini, cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyətini yüksək qiymətləndirmiş, onlara hər zaman böyük hörmətlə yanaşmışdır. Qeyd etdi ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılmışdır. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Əsədov,RTŞ-nin müdiri Rasim Orucov, musiqi-incəsənət  məktəbinin müəllimi Ceyran Məmmədova təbrik nitqi söyləyərək qadınları təbrik  etdilər.
Bədii hissə ilə davam edən bayram tədbirində “Niyal” ansamblının  üzvləri mahnılar ifa etdilər. Həmçinin milli geyimlərdən ibarət  moda kolleksiyası nümayiş etdirildi.

Keçidlər