“Fəal ol” bələdiyyə üzvü qadınlarla təlim keçirildi.
14 mart 2016 | 16:00
14 mart 2016-cı il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, “Qadın Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyni ilə birgə “Fəal ol” təbliğat kitabçasının təbliği məqsədi ilə bələdiyyə üzvü olan qadınlarla təlim keçirmişdir.
Görüşləri keçirməkdə məqsəd bələdiyyə sədri və üzvü olan qadınların yerli özünüidarəetmədə fəal iştirakına kömək etməkdən ibarətdir.
Təlim zamanı qoyulan suallar cavablandırılıb və verilən cavablar ətrafında müzakirə təşkil edilib.