Şriftin ölçüsü :

Saytın rəngi :

Kəndlərimizdə Novruz bayramı qeyd edilir.

18 mart 2016 | 16:00

Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirmişdir: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir". Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin ideyalarına sadiq qalaraq insanların mənəvi dünyasına yeni zənginlik gətirmişdir. Nəticədə xalqımızın milli-mənəvi dəyərləri hər bir vətəndaşın qeyri-maddi mədəni sərvətinə çevirmişdir.
Xalqımızın sosial-mənəvi həyatında müsbət keyfiyyətlərin yaranmasında “Novruz” bayramı xüsusi əhəmiyyət kəsb edir. Rayonumuzda da “Novruz” bayramının yüksək səviyyədə keçirilməsi məqsədilə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə xüsusi tədbirlər planı təsdiq edilmişdir.
Bu il rayonumuzun bütün icra nümayəndəliklərində tədbirlər planına uyğun olaraq “Novruz” bayramı qədim yurdumuzun adət-ənənələrinə uyğun şəkildə qeyd olunur. 15 mart tarixində İsmayıllı şəhər, Kürdmaşı, Ruşan, Mollaisaqlı və Təzəkənd kəndlərində ilaxır cərşəndə münasibətilə bayram şənlikləri keçirilmişdir.

18 mart tarixində Talıstan, Diyallı, Qubaxəlilli, Hacıhətəmli, Topçu, Tircan, Keyvəndi, Qalınçaq, Sulut, Sumağallı, Qurbanəfəndi, Xankəndi, Basqal və Soltankənd kəndlərində bayram şənlikləri keçirilmişdir.

Keçidlər