Şriftin ölçüsü :

Saytın rəngi :

İnkişaf üçün iqtisadiyyat elmi əsas götürülür

01 may 2013 | 15:00

30 aprel 2013-cü il tarixdə iş adamları, sahibkarlar, rayonun hüdudlarından kənarda yaşayan elm adamları və ziyalılar Gənclər Mərkəzinin iclas zalına toplaşmışdılar. Burada ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş elmi konfrans keçirilirdi. İsmayıllı rayon İcra Hakimiyyətinin AMEA-nın İqtisadiyyat İnistitutu və Elmi Tədqiqat Kənd Təsərrüfatı İqtisadiyyatı və Təşkili İnstitutu ilə birgə təşkil etdiyi konfransda “İsmayıllı rayonunun resurs potensiali və inkişafın investisiya prioritetləri” mövzusu müzakirə olunurdu.
Konfransı giriş nitqi ilə iqtisad elmləri doktoru, Əməkdar elm xadimi, Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açmış, İsmayıllının yeni hazırlanmış sosial-iqtisadi inkişaf və investisiya proqramından, bu əsasda həyata keçirilən və perspektiv layihələrdən ətraflı danışmışdır.
AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət  İdarəçiliyi Akademiyasında Regional İqtisadi və Sosial Araşdırmalar İnstitunun direktoru Əli Nuriyev “Azərbaycan iqtisadiyyatının çoxşaxəli innovasiya yönümlü inkişafı və modernləşdirilməsi strategiyası”, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru i.e.d professor İsa Alıyev “Ölkə Regionların tarazlı və davamlı inkişafında innovasiya və investisiya faktoru”, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru, i.e.d, professor Sadıq Salahov “Regional inkişafda investisiya cəlbediciliyi problemləri”, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktor müavini i.e.d. professor Rəsul Balayev, İsmayılllı rayonunun resurs potensialı və onun fəallaşdırılmasının investisiya mühitinin xarakteristikası”, İqtisadi İnkişaf Nazirliyinin şöbə  müdiri Sahib Məmmədov “Regional inkişafda ixtisaslaşma” və kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Zahid Qardaşov “ İsmayıllı rayonunun kənd təsərrüfatı və əmək ehtiyatları” mövzusunda məruzə etmişlər.
Geologiya-minerologiya elmləri doktoru Hikmət Mahmudov iqtisadiyyat elmininin bu formada yerlərə, insanlara yaxınlaşdırılmasını təqdir etmişdir.

Keçidlər