Şriftin ölçüsü :

Saytın rəngi :

II Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı

16 mart 2016 | 16:00

14-16 mart tarixlərində Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən olan Gəgəli kəndində MİRAS ictimai birliyinin təşkilatçılığı ilə II Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı keçirilmişdir. Tədbirdə İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin kollektivi də iştirak etmişdir.
Festivalda çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Yaandost Asanov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət işləri müdiri Murat Karaçanta, Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi, AMEA-nın müxbir üzvü Vəli Əliyev, professor Kübra Əliyeva, İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin direktor əvəzi Sevda Qasımova, “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli bu tədbirin türk dünyasının adət-ənənələrinin təbliğində, ümumən dünya xalqları arasında mədəni əlaqələrin qurulmasında, bəşəri dəyərlərin öyrənilməsində əhəmiyyətindən danışımışlar. Festivalda Kollecin tələbələrinin əl işləri sərgilənmiş, çıxışları isə MİRAS ictimai birliyi və qonaqlar tərəfindən yüksək qiymətləndirilərək, sertifikatlarla təltif olunmuşdur.

Keçidlər