Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda şair Maarif Soltanın 60 illik yubleyi qeyd olunub

22 mart 2016 | 16:00

İstedadlı şair Maarif Soltanın 60 illik yubileyi doğulduğu İsmayıllı rayonunda təntənəli  şəkildə qeyd olunub. Mayası zəhmətdən, halallıqdan yoğrulmuş Maarif Soltan uzun illərdir ki, bədii yaradıcılıqla məşğul olur. O, yaratdığı poetik  nümunələrlə çoxlu sayda oxucu kütləsi qazanıb. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.”Dünya işıqla dolu”, “Dünyama açılan qapı” və s. kitabların, bir çox tərcümə əsərlərinin müəllifi, “Qobustan” jurnalının baş redaktor müavinidir. Şeirləri bir çox dillərə tərcümə olunub, nüfuzlu ədəbi jurnallarda, antologiyalarda dərc olunub. Bir neçə beynəlxalq ədəbi mükafatla mükafatlandırılıb.
     Martın 22-də 300 nəfərdən çox Maarifsevərlərin toplaşdığı Rayon Mədəniyyət Sarayının  zalında reallaşan yubiley tədbirində RİH-nin başçısı, iqtisad elimləri doktoru, Əməkdar elm xadimi Mirdaməd Sadıqov, aparat işçiləri, yubilyarın qələm dostları, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və ağsaqqallar, “Dağ Çiçəkləri” ədəbi məclisin üzvləri, şair və yazıçılar iştirak edib.
     Yubiley tədbirində RİH-nin başçısı Mirdaməd Sadıqov, şair Musa Yaqub, Seyran Səxavət, Aqil Abbas, Vaqif Bəhmənli, Baba Vəziroğlu, hüquqşunas Rəsul Səfərov, professor Nizaməddin Şəmsizadə, şəhər 3 saylı məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov  və başqaları çıxış edib şairin yaradıcılığı, keçdiyi həyat yolu barədə ətraflı məlumat veriblər.
      “Niyal” instrumental ansanblının üzvülərinin  ifa etdikləri mahnılar, rəqs qrupunun və qiraətçilərin çıxışları tədbirə daha dolğun bir məzmun verib. Şeirlər, ifa olunan mahnılar yüksək alqışlarla qarşılanıb. Maarif Soltana yubiley hədiyyələri təqdim olunub.
      Sonda şair Maarif Soltan keçirilən tədbirə görə Rayon İcra Hakimiyyətinə, bütün İsmayıllı ictimaiyyətinə öz  təşəkkürünü bildirib, doğulduğu, boya-başa çatdığı torpaqdan həmişə böyük güc, ilham aldığını dilə gətirib.

Keçidlər