Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı yanında Şura iclası keçirilib

30 mart 2016 | 16:00

30 mart   2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı  Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir. İclasda dövrü və  cari məsələlər müzakirəyə çıxarılmışdır. Tədbirdə Şura üzvləri, idarə, müəssisə rəhbərləri, aidiyyəti şəxslər iştirak ediblər.
İclası Şuranın sədri, RİH-nin başçısı Mirdaməd Sadıqov açıq elan edib. İlk öncə Şura üzvlüyünə dəyişikliklə bağlı məlumat verən M.Sadıqov Rayon Polis Şöbəsinə yeni təyin olunmuş rəis Telman Ağasıyevin namizədliyini təklif etmişdir. Yekdil səs qazanan T.Ağasıyev şuraya üzv seçilmişdir.
RİH başçısının müavini Mahmud Süleymanov “Rayonda yeni istehsal müəssisələrinin yaradılması, buraxılış obyektlərində işin gedişi və sürətləndirilməsi üçün qarşıda duran vəzifələr barədə” məruzə ilə çıxış etmişdir. Məruzədən sonra sahibkar və fermerlər öz fikirlərini bildirmişlər.
Daha sonra rayon ərazisində olan tarixi abidələrin öyrənilməsi, tanıdılması vəziyyəti və bu sahədə Lahıc və Basqal tarix-mədəniyyət qoruqlarının gördüyü işlər barədə hesabatları dinlənilmişdir. Lahıc Tarix Mədəniyyət Qoruğunun direktoru  Akif Kazımov, Basqal  Tarix Mədəniyyət Qoruğunun direktoru Polad Nəzirov, Lahıc qəsəbə İƏD üzrə nümayəndə Fikrət Haqverdiyev, Basqal qəsəbə İƏD üzrə nümayəndə Novruz Əsədov görülən işlər, mövcud problemlər və qarşıda duran vəzifələr barədə çıxış ediblər.
İclasında sonunda qərar layihəsi təsdiq edilib.

Keçidlər