Şriftin ölçüsü :

Saytın rəngi :

Bayram təntənəsi yaşandı

30 aprel 2013 | 15:00

29 aprel 2013-cü il tarixdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə rayonun Mollaisaqlı, Hacıhətəmli və Qalagah kəndlərində ictimaiyyət nümayəndələrinin yığıncağı keçirilmişdir. Yığıncaqda ulu öndərin həyatı, ictimai-siyasi fəaliyyəti haqqında məruzə edilmiş, onun Azərbaycan xalqının milli taleyindəki rolu, xilaskarlıq missiyası, müstəqil dövətimizin inkişafı və möhkəmdirilməsindəki xidmətləri, Azərbaycanda müasir, demokratik hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışın formalaşmasının dahi öndərin adı ilə bağlı olduğu diqqətə çatdırılmışdır.
Hər üç kənddə rayon mədəniyyət mərkəzinin “Niyal” ansamblı geniş konsert proqramı ilə çıxış etmiş, ümummilli liderə, müstəqil Azərbaycan Respublikasına həsr olunmuş mahnılar səsləndirilmişdir. Aşıq Yanvar Bədəlovun, Qalib Şirəliyevin, Rövşən Teyyubovun, Bəhruz Haşımovun ifa etdiyi mahnılar alqışlarla qarşılanmışdır.

Keçidlər