Topçu kəndində səyyar görüş-qəbul
05 aprel 2016 | 16:00
5 aprel 2016-cı il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov topçu kəndində səyyar görüş-qəbul keçirdib.
Görüşdə M.Sadıqov son günlər ön cəbhədə baş verən hadisələrə toxunub, ordumuzun əldə etdiyi qələbədən, Təhlükəsizlik Şurasının iclasında Ali Baş Komandan İlham Əliyevin çıxışından bəhs edib. Respublikanın hər bir bölgəsində olduğu kimi İsmayıllıda da vətəndaşların səfərbərliyə hazır olduğunu qeyd edib.
Kəndin problemləri ilə tanış olduğunu bildirən rayon rəhbəri daha sonra sakinlərin müraciətlərini dinləyib. Qeyd olunan məsələlərlə bağlı aidiyyəti orqanlara müvafiq tapşırıqlar verilib.