İsmayıllı rayonu şəhid oğlunu dəfn etdi
09 aprel 2016 | 16:00
İsmayıllı rayonunun ictimaiyyəti Milli Ordumuzun əsgəri, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Vahabzadə Mikayıl Yaqub oğlunu anadan olduğu Maçaxı kəndində torpağa tapşırdı.
Dəfn mərasimində İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Millət Vəkilləri Novruz Aslanov, Tahir Kərimli, mərhumun zabit və əsgər yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.