İsmayıllı rayonunda “Ümumrespublika Yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası davam edir.
15 aprel 2016 | 16:00
İDEA İctimaim Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində 15 aprel 2016-cı il tarixində rayon ərazisində ağacəkmə aksiyası davam etdirilmişdir.
Belə ki, İsmayıllı şəhəri və Lahıc qəsəbəsi ərazilərinin hər birində 500 ədəd olmaqla 1000 ədəd müxtəlif cinslərdən olan ağaclar əkilmişdir.
Rayonda baramaçılığın yem bazasının yaradılması və inkişaf etdirilməsi məqsədilə müxtəlif bələdiyyə ərazilərində tut cinsindən olan 1000 ağacın əkilməsi də həyata keçirilmişdir.
Əkilmiş ağacların suvarılması və mühafizə olunması məqsədilə müvafiq tədbirlər həyata keçirildi.