Şriftin ölçüsü :

Saytın rəngi :

Sahibkarlarla görüş

01 may 2013 | 15:00

30 aprel 2013-cü il tarixdə “İsmayıllı rayonunun resurs potensialı və inkişafın investisiya prioritetləri” mövzusunda keçirilmiş konfransdan sonra Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun Beynəlxalq elmi əlaqələr və İnformasiya texnologiyaları üzrə direktor müavini, i.ed, professor Rəsul Balayevlə bir qrup yerli sahibkarlara görüş keçirilmişdir. Görüşdə İsmayıllı rayonunun resurs potensialı və onun fəallaşdırılmasının investisiya mühitinin xarakteristikasımüzakirə olunmuşdur.
Səmimi və qarşılıqlı dialoq şəklində keçən görüşdə rayonun sahibkarları bu sahədə olan problemləri və təkliflərini bildirmişlər.
Xalçaçılıqla məşğul olan Ruhiyyə Ələsgrova və Dilşad Hüseynova bu sahənin vergilərinin yüngülləşdirilməsini, xalça məhsullarının gömrükdən keçirilməsi hallarının sadələşdirilməsi, kredir götürülməsinə köməklik göstərilməsini xahiş etdilər.
Quşçuluq sahəsi ilə məşğul olan sahibkarlar Zahid Qardaşov və Əfqan Əhmədov müəssisələrə suyun, qazın, elektrikin baha qiymətə satılmasını, damazlıq quşçuluq təsərrüfatına vaksinlərin, dezinfeksiya materiallarının pulla satılması, yemin kefiyyətinin və xəstəliklərin təyin olunması üçün lobarotoriyalar tərəfindən analizlərin cavabının gec verilməsini bildirdilər. Təklif olaraq isə Aqroparkın yaradılmasını, magistral yol kənarında kənd təsərrüfatı məhsullarının satış bazarının təşkil edilməsini xahiş etdilər.
Qubaxəlillli kəndindən olan fermer Yaşar Calalov Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən kreditin sadələşdirilməsini, heyvandarlıq məhsullarının (xüsusilə yunun) dövlət tərəfindən alınmasını, heyvandarlığa dövlət dəstəyinin olmasını təklif etdi.
Taxılçılıqla məşğul olan Etibar Hacıyev və Vahid İsayev istehsal olunmuş taxılın dövlət tərəfindən alınmasını və daha məhsuldar taxıl əldə etmək üçün toxumçuluğun inkişaf etdirilməsi təklif etdilər.
Digər sahibkarlar bu sahədə fəaliyyət zamanı sənədləşmə işlərinin uzun vaxt apardığını, bu məsələyə baxılmasını, orta və kiçik sahibkarlığın inkişafı üçün sağlam rəqabət mühitinin yaradılmasını irəli sürdülər.

Keçidlər