Kənd Təsərrüfatı İdarəsində yaşıllaşma tədbirləri həyata keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 16 aprel 2014-cü il tarixli fərmanına əsasən rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələrinin yaradılması nəzərdə tutulmuşdur.
Rayonumuzda da fərmanın icrası ilə əlaqədar Kənd Təsərrüfatı İdarəsinin inzibati binası tikilərək istismara hazır vəziyyətə gətirilmişdir.
19 aprel 2016-cı il tarixdə idarənin həyətində abadlıq-quruculuq işlərinin aparılması, eləcə də yaşıllıq zolaqlarının salınması ilə əlaqədar iməclik keçirilmişdir. İməclik zamanı idarənin həyətində ayrılmış yaşıllaşma zolaqlarında Lənkəran akasiyası, salxım tut cinsindən olan ağaclar əkilmiş və suvarılması təmin edilmişdir. Bundan sonra da idarənin həyətində yaşıllaşdırma tədbirləri davam etdiriləcəkdir.