Şriftin ölçüsü :

Saytın rəngi :

Tütün və barama istehsalı istiqamətində tədbirlər davam etdirilir

20 aprel 2016 | 16:00

Rayonumuzda vaxtilə böyük istehsal göstəricilərinə malik olan tütünçülüyün və baramaçılığın bərpası istiqamətində tədbirlər həyata keçirilir.
Topçu, Qurbanəfəndi, Qalınçaq və Təzəkənd kəndlərində tütün yetişdirilməsi məqsədilə 5.0 ha torpaq sahəsi şumlanaraq əkinə yararlı vəziyyətə gətirilmiş, istehsalçıların şitillə təmin etmək məqsədilə Təzəkənd və Topçu kəndlərində istixanalar təşkil olunmuşdur.
Baramaçılığın inkişafı ilə bağlı 40 qutu barama qurdunun rayonumuza gətirilməsi planlaşdırılır.
Həm tütün istehsalında, həm də baramaçılıq sahəsində görülən işlərin müzakirə olunması və mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar 20 aprel 2016-cı il tarixdə İƏD üzrə nümayəndələrin, yerli bələdiyyələrin, mütəxəssislərin tütün istehsalçılarının və gümçülərin iştirakı ilə geniş toplantı keçirildi, qarşıya çıxan problemlər müzakirə olundu və həlli istiqamətində müvafiq məsləhətlər verildi.

Keçidlər