Ağacəkmə aksiyası davam edir
25 aprel 2016 | 16:00
İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonu layihəsində İsmayıllı rayonu yaxından iştirak edir. Növbəti ağacəkmə kompaniyası 24 aprel 2016-cı il tarixində baş tutmuşdur.
İsmayıllı-Muğanlı avtomobil yolunun kənarında keçirilən ağacəkmə aksiyasında tut və akasiya cinslərindən ibarət 500 ədəd ağac əkilmişdir. Əkilmiş ağaclar suvarılmış və mühafizəsi təmin edilmişdir.