Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıhətəmlidə multikultural və tolerant dəyərlərə həsr olunmuş tədbir keçirilib

26 aprel 2016 | 16:00

26 aprel 2016-cı il tarixində İsmayıllı rayon İcra Hakimiyyətinin və DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinintəşkilatçılığı ilə Hacıhətəmli kəndində “Multikulturalizm və tolerantlıq dövlət siyasətinin bir istiqaməti kimi” mövzusunda tədbir keçirilib. Tədbirin əvvəlində işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə rayonun Hacıhətəmli və Mollaisaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələr, tam orta məktəblərin direktorları, İsmayıllı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Dövlət Qulluğu veteranı Valeh Salehov, QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, İsmayıllı şəhər “Cümə" məscidi dini icmasının sədri Vasif Teymurov, Kürdeldarbəyli kənd məscidi dini icmasının sədri Abdurrəhman Məmmədov, kənd ağsaqqalları, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib. Tədbiri giriş sözü ilə açan M.Məhərrəmov ölkədə hökm sürən tolerant və multikultural mühitdən danışaraq İsmayıllı rayonunda azsaylı xalqların dostluq və mehriban qonşuluq şəraitində birgə yaşamasından ətraflı söhbət açıb. Sonra V.Salehovun “dini ayin və mərasimlərin, hüzr mərasimlərinin təşkili vəziyyəti” mövzusunda çıxışı dinlənilib. Daha sonra R.Rəhimli ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılması və geniş təbliğ olunması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etməsini qeyd edərək son dövrlər bu sahədə görülən işlərdən danışıb. O, Azərbaycanın tolerantlıq və multikulturalizm modellərinin dünyaya uğurla təqdim olunmasından, dini tolerantlığın həyat tərzinə çevrildiyi ölkəmizdə üç səmavi dinin, eyni zamanda müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşamasının tarixi ənənələrin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Digər çıxışçılar QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, Hacıhətəmli kənd orta məktəbin tarix müəllimi Mehdi Məmmədov, Mollaisaqlı kənd tam orta məktəbin müəllimi İldırım Məsimov milli-mənəvi dəyərlərin gənclər arasında təbliğinin vacibliyindən danışaraq, rayondakı multikultural mühitin mövcudluğuna dair konkret nümunələr göstəriblər.
            Sonda rayonun Mollaisaqlı kəndində yaşayan hapıtların folklor nümunələri və əl işləri nümayiş olunub.

Keçidlər