Şriftin ölçüsü :

Saytın rəngi :

Səmərəli məşğulluğun təmin edilməsi mövzusunda “Dəyirmi Masa” keçirilmişdir.

04 may 2016 | 16:00

Dövlət Məşğulluq Xidmətinin təsdiq olunmuş qrafikinə uyğun olaraq 03 may 2016-cı il tarixdə İsmayıllı rayon Pilot Məşğulluq Mərkəzinin inzibati binasında “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda “Dəyirmi Masa” keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə, həmkarlar təşkilatlarının nümayəndələri və sahibkarlar , cəmi 52 nəfər iştirak etmişdir.
       “Dəyirmi masa”nı giriş sözü ilə Mərkəzin direktoru Həsən Həsənov açaraq, müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsindən, bu sahədə mövcud olan problemlərdən və problemlərin həlli yollarından, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi sahəsində qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
       Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi Qadir Abduləzizov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamının uğurla icra olunması üçün məqsədyönlü işlər görüldüyündən, vətəndaşların aktiv əmək bazarı proqramlarına cəlb olunması məsələsinə xüsusi diqqət yetirildiyindən və bu məqsədlə müvafiq təhlillər aparıldığı barədə məlumat verdi. Məlumat üçün bildirildi ki, Азярбайъан Респuбликасынын Ямяк вя Ящалинин Сосиал Мцдафияси Назирлийиндя “Азярбайъан Республиkасынын Мяшьуллуг Консепсиасы (2016-2025-ъи ил- ляр)” лайищясинин щазырланмасы мягсядиля Ишчи групу yaradılmışdır. Азярбайъан Respublikası Президентинин тапшырыьына ясасян 10 иллик дюvрц ящатя  еdян йени Мяшьуллуг Консепсийасыnda  мювъуд макроигтисади вязиййя тин вя ямяк базарынын тящлили, гаршыда дуран ясас чаьырышлар, нюvбяти илляр цчцн мяшьуллуг сийася тинин ясас мягсяд вя вязифяляри яксини тапаъагdır.
     Tədbirdə Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, Sahibkar  “Xoşbəxt-X”  Kiçik Müəssisəsinin rəhbəri Ruhiyyə Süleymanova, Mədəniyyət və Turizm şöbəsinin aparıcı məsləhətçisi  Lətif Quliyev, Gigiyena və Epidemiologiya Mərkəzinin baş mühasibi Rövşən Abdullayev, “Gülüstan –Xalça” MMC-nin direktoru Dilşad Hüseynova və Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Cavanşir Abbasov çıxış edərək mövzunun aktuallığından , məşğulluq sahəsindəki problemlər barəsində və  bu problemlərin həlli yolları barəsində tədbir iştirakçılarına öz fikirlərini söylədilər.
     Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli istiqamətində dəyirmi masa iştirakçılarının  rəy və təklifləri ümumiləşdirilərək Dövlət Məşğulluq Xidmətinə təqdim ediləcəkdir.

Keçidlər