Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda 9 may “Qələbə Günü” qeyd olunub

09 may 2016 | 16:00

İsmayıllı rayonunda  9 may “Qələbə Günü”   qeyd olunub.  Bayram tədbiri  1941-1945-ci il Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış  abidəyə yüeüşlə başlayıb və   abidə üzərinə əklil qoyulub.
Tədbirdə RİHB-nin müavini Sevil Əhmədova və RİH-nin əməkdaşları, YAP- İsmayıllı Rayon üzrə Təşkilatının üzvləri, veteranlar, ictimaiyyət nümayəndələri, idarə və müəssisələr iştirak ediblər.
Çıxış edənlər alman faşizmi üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının, o cümlədən  ismayıllıların misilsiz xidmətləri olduğunu qeydetdi. 1941-1945-ci illərdə 700 min nəfərə yaxın azərbaycanlının silaha sarılaraq faşizmə qarşı mübarizədə fədakarlıq  göstərdiyi diqqətə çatdırılıb. Böyük Vətən müharibəsi adlandırılan həmin qanlı savaşda arxa cəbhənin əməkçiləri də misilsiz xidmətlər göstərmişlər.
Qeyd edək ki, İsmayıllı rayonunda  hal-hazırda 18 nəfər Böyük Vətən müharibəsi iştirakçısı vardır. Onlar üçün RİH- in təşkilatçılığı ilə bayram sovqatları təşkil olunub, RİH-nin, Rayon Gənclər və İdman idarəsinin, Mədəniyyət və Turizm şöbəsinin, Təhsil şöbəsinin, Mərkəzi xəstəxananın nümayəndələri evlərə gedərək onların bayramlarını təbrik ediblər.

 

Keçidlər