Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Azərbaycan multikulturalizmi gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib.

12 may 2016 | 16:00

Müxtəlif mövzulu konfranslara,forumlara, elimi-nəzəri seminarlara, Respublika miqyaslı idman yarışlarına, treninqlərə, ev sahibliyi edən İsmayıllıda 12 may 2016-cı il tarixdə daha maraqlı bir tədbir – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, İsmayıllı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib.
Təşkilatçılar ilk növbədə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
         Gənclər mərkəzinin 360 nəfərlik akt zalında işinə başlayan konfransı giriş nitqi ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov açıb. Yeni Azərbaycan Partiyası  Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında dövlət multikulturalizm və tolerantlıq siyasətinin mahiyyətindən, gənclərin siyasətin bu istiqamətində  fəal iştirakından, Prezident İlham Əliyevin elan etdiyi multikulturalizm ili çərçivəsində indiyə qədər olmuş və olacaq tədbirlərdən danışıb.
              İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxışında qeyd edib ki, multikultural dəyərlərə gənclərin yiyələnməsi,onların arasında tolerant münasibətlərinin formalaşması üçün rayon icra hakimiyyəti aid qurumlarla birgə müasir mövzulu, müxtəlif formalı tədbirlər həyata keçirir. Azərbayncanlıların, rusların, ləzgilərin, etnik tatların,hapıtların tarixən məşkunlaşdığı İsmayıllıda bayramlar, toplantılar,idman yarışları hamını əhatə edir. Milli,dini və dil müxtəlifliyi mövcud olan rayonumuz multikulturalizmin və tolerantlığın modeli kimi dəyərləndirilir.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, professor Mirdaməd Sadıqov əhatəli və təhlili çıxışı ilə dövlətimizin multikulturalizm siyasətinin və milli-dini tolerantlığın mahiyyətini professionallıqla şərh edib, onun ölkənin inkişafına, beynəlxalq  nüfuzunun artmasına bəxş etdiyi töhfələrdən, gənclərin vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsindəki oynadığı roldan ətraflı danışıb. Fikirlərini İsmayıllının mövcud durumu timsalında əsaslandırıb.
Mirdaməd Sadıqov tək multikulturalizm və tolerantlıqdan yox, gənclərin təhsilindən, elmə, mədəniyyətə yiyələnmək yollarından,  yeni istehsal sahələrinin inkişafı və bərpasında gənclərin iştirakından, dini radikalizmə qarşı kəskin mübarizənin verdiyi müsbət nəticələrdən bəhs edib.
Sonda hamını təsirləndirən, cihad üçün Qarabağı qoyub başqa ölkələrə gedənlərin  bədbəxtliyindən, din  pərdəsinə bürünüb, Vətəninə xəyanət edənlərdən danışan “Fitnə” filminə tamaşa edilib.

Keçidlər